Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub.
Sentyabrın 23-də həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulur.