Liviyalılar buldozerlərlə Müəmmər Qəzzafinin Tripolidəki iqamətgahının divarlarını uçurub. Liviyanın müvəqqəti hökumətinin qüvvələri Qəzzafinin 42 illik hakimiyyətinin rəmzi olan bu kompleksi avqust ayında ələ keçirib.
Milli Keçid Şurası seçkilərədək ölkəni idarə edəcək.
Qəzzafinin isə harada olduğu hələ də məlum deyil. Beynəlxalq Haaqa məhkəməsi onun həbsinə sanksiya verib. Qəzzafi bəşəriyyətə qarşı cinayətkarlıqda ittiham edilir.