Liviyanın müxalifət qüvvələri Zaviya şəhərində hökumət əsgərlərinin hücumlarına cavab verdiklərini bildirilər. Müxalifət lideri Amerikanın səsinə bildirib ki, Qəzzafiyə sadiq qüvvələr və tanklar dünən şəhərə daxil olmağa cəhd edib. Atışma zamanı bir necə hücumçunun həlak olduğu və saatlarla adam edən döyüşlərdən sonra qüvvələrin geri çəkildiyi bildirilir. Müxalifət lideri tərəfdarlarının çox az silaha malik oldğunu və bunun Qəzzafini devirmək üçün kifayət etmədiyini deyib. Zaviya şəhərində Müəmmər Qəzzafi 42 illik hakimiyyətinə etiraz edənləri susdurmağa çalışır.Şahidlərin dediyinə görə, Misrata şəhəri ətrafında da hökumət qüvvələri toplaşıb. Benqazi şəhərini bombalaq istəyən təyyarələr üsyançıların atəşi nəticəsində geri çəkilib. ABC xəbər agentliyinə müsahibəsi zamanı Qəzzafi hökumət əleyhinə nümayişçilərə qarşı gücdən istifadə edildiyini inkar edib. Qərbin istefa tələbi qarşısında o bildirib ki, xalq onu sevir və onun müdafiəsi uğrunda canından keçməyə hazırdır .