Accessibility links

Xüsusi təhqiqatçı Müller Flinin Türkiyə tərəfindən ödənişləri araşdırır


Xüsusi təhqiqatçı Robert Müller Tramp aministrasiyasının sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinin 2016-cı il prezident seçkiləri kampaniyasının yekun aylarında Türkiyə tərəfindən gizli şəkildə pul ödəmələrinin alması faktı ilə bağlı şahidləri dindirir. Bu barədə The New York Times qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, Müller bir müddət öncə Ağ Evdən Flinə aid sənədləri xahiş edib. Müller və onun istintaq komandasının ilk dəfədir ki, Ağ Evdən sənədlərin verilməsini istəyib. Buna baxmayaraq, qəzet əlavə edir ki, sənədlər rəsmi məhkəmə orderi ilə olmadan istənilib.

Flin prezident Donald Trampın millli təhlükəsizlik müşaviri vəzifəsində 24 gün çalışıb. Administrasiyada qısa müddət çalışmasına baxmayaraq, Flin Tramp seçki kampaniyasının Rusiya ilə əlaqələri araşdıran istintaqın mərəzi fiqurlarından biridir.

The New York Times yazır ki, müstəntiqlər Flinin türk-amerikalı iş adamı ilə biznes sövdələşmələrini araşdırır. Onlar Flinə edilən ödəmələrin arxasında Türkiyə hökümətinin olub-olmadığını müəyyən etməyə çalışırlar.

Cümə axşamı, Müller qrand jürinin toplanmasını çağırıb ki, bu da, Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı araşdırmanın kifayət qədər ciddiliyindən xəbər verir. Müstəntiq və prokurorlar qrand jürini məhkəmə prosesinin başlanmasından öncə toplanılar sənədlərin, ifadələrin və digər istintaq materiallarının həqiqiliyini və işə uyğun olmasını yoxlamaq üçün çağırırlar.

Qəzet bildirir ki, yaxın günlərdə fəaliyyətinə başlamış qrand jürinin işi bir neçə ay çəkə bilər.

Tramp dəfələrlə öz seçki kampaniyası ilə Rusiya arasında əlaqələrin mövcudluğunu inkar edib və istintaqı qərəzli adlandırıb.

XS
SM
MD
LG