Ümumdüünya Səhiyyə Təşkilatının son hesabatında bildirilir ki, hər il 12.6 milyon insanın üçdə biri ətraf mühitin səbəb olduğu fəsadlar səbəbi ilə dünyasını dəyişir.
Hava, su, torpaqların zəhərlənməsi, kimyəvi maddələrin yayılması, iqlim dəyişikliyi və ultrabənövşəyi şüalanma 100-dən artıq xəstəlik və digər sağlamlıq problemlərinə yol açır.
Dünyada hər il 8.2 milyon insan hava çirkliliyi və siqaret tüstüsündən dünyasını dəyişir
Əgər 10 il əvvəl ən böyük öldürücü faktor infeksion xəstəliklər idisə, hazırda Cənub-Şərqi Asiya və Qərbi Sakit Okeanı hövzəsi ölkələrində ölüm hallarına ətraf mühitlə bağlı faktorlar səbəb olur.
Yoluxucu xəstəliklərlə mübarizə təmiz su və sanitariya imkanlarının artması ilə mümkün olub.
Ümumdünya Səhiyyə Təşkilatının İctimai Sağlamlıq və Ətraf mühit şöbəsinin rəhbəri Maria Neiranın dediyinə görə, dünyada hər il 8.2 milyon insan hava çirkliliyi və siqaret tüstüsündən dünyasını dəyişir.
Təşkilat iflic, infarkt, xərçəng və xroniki tənəffüs orqanları xəstəliklərinin ikidə üç hissəsinin qeyri-sağlam ətraf mühit faktorlarınun səbəb olduğunu bildirir.
Maria Neiranın dediyinə görə, 3 trillion dollarlıq tibbi məsrəflərin 97 faizi xəstəliklərin müalicəsinə, yalnız 3 faizi onların qarşısının alınmasına xərclənir.
3 trillion dollarlıq tibbi məsrəflərin 97 faizi xəstəliklərin müalicəsinə xərclənir
Ümumdünya Səhiyyə Təşkilatı təmiz texnologiya, evlərin qızdırılması, işıqlandırılması və yemək hazırlanması üçün təmiz yanacaqdan istifadə edilməsi ilə bir çox xəstəliklərin qarşısının alınmasının mümkün olduğunu bildirir. Qurum gigiyena, sanitariya imkanlarının artırılması, enerjiyə qənaət sistemli yaşayış binalarının inşasını da tövsiyə edir.