Accessibility links

Müharibədən sonra İraqda bərpa işləri ləng gedir VİDEO


Müharibədən sonra İraqda bərpa işləri ləng gedir VİDEO
Müharibədən sonra İraqda bərpa işləri ləng gedir VİDEO

Birləşmiş Ştatlar ordusunun səkkiz ildən uzun sürən müharibəni başa vurub tərk etdiyi İraqın dağılmış infrastrukturu gündəlik tələbata cavab verə bilmir. Bağdad əhalisi gur olan, səs-küylü şəhərdir. İllərlə davam edən iğtişaşlara baxmayaraq, şəhərdə yeni restoranlar və mağazalar açılır. Bu şəhər bütün ölkədə olduğu kimi funksiyasını bərpa etməyə çalışır. Partlayışların baş alıb getdiyi və tikanlı məftillərlə dolanmış şəhərdəki vəziyyət dəyişməyə başlayıb.

Doqquz ilə yaxın davam edən müharibə və beynəlxalq sanksiyalar şəhər əhalisini ən adi kommunal xidmətlərə həsrət qoyub. Balıq alveri ilə məşğul olan Cəfər Əbdül Həmzə həyatın çətin olduğunu deyir: “Çox şeydən əziyyət çəkirik. Təhlükəsizlik vəziyyəti bir qədər yaxşılaşıb. Lakin bizim elektrikə və suya ehtiyacımız var.”

Səhiyyə xidmətləri sahəsində də yardıma böyük ehtiyac var. Bunu Bağdadın ən yaxşı xəstəxanalarından sayılan Qazi Əl-Həriri xəstəxanasına da aid etmək olar. Xəstə Xalis Hüseyin böyrək azarından çox obyektdəki şəraitdən əzab çəkdiyini deyir: “Həkimlər və tibbi heyət çox yaxşıdır. Lakin xidmətlərdə problemlər var. Lift işləmir, pilləkanlar bağlıdır.”

Xəstəxananın həkimi, travmotoloq-cərrah Əhməd Saleh beş il bundan əvvəllə, terrorçuların bomba hücumları həyata keçirdikləri vaxtla müqayisədə vəziyyətin xeyli yaxşı olduğunu deyir. “Son iki ildə, hücumlar səngidikdən bəri vəziyyət dəyişib. bizə gün ərzində əsasən maşın qəzaları səbəbindən xəsarət alanlar müraciət edir. Güllə, partlayış və ya bomba hücumlarından xəsarət alanlar 2005-2006-cı illərə nisbətən xeyli azalıb.”

Bomba hücumlarından xəsarət alanların sayı az olsa da, həkimn çatışmazlığı problem olub. “Bizə təchizat çatdılrılır. Lakin bizim fəaliyyət göstərməmiz üçün xaricdə, Birləşmiş Ştatlarda, Böyük Britaniya kimi ölkələrdə treyninqlərə ehtiyacımız var.” deyə, həkim bildirir.

İngilis dili müəllimi Vamid Rifat kimi iraqlıların çoxu kommunal xidmətlərin belə vəziyyətdə olmasında hökuməti günahlandırır. “Ölkədə yenidənqurma işləri aparılmır və mən uşaqlarımın gələcəyini təmin edəcək heç bir şey görmürəm.”

İraqda yenidənqurma işləri aparılır, lakin iraqlılar beynəlxalq ictimaiyyətin milyardlarla dollarlıq yardımını alan vətənlərində daha çox işlər görülməsini gözləyir.

XS
SM
MD
LG