ABŞ-ın əfsanəvi boksçusu Məhəmməd Əli 74 yaşında vəfat edib.
Bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu dünən - iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib.
Məhəmməd Əli 32 il idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb.