Accessibility links

Mühafizəkar qrup Nyu-Yorkda məscidin tikintisinə icazə verilməsi qərarı əleyhinə məhkəməyə müraciət edib


Mərkəz bildirir ki, 1850-ci ildə inşa olunan bu tikili tarixi statusuna görə qorunmalıdır

Nyu-York şəhər rəsmilərinin 2001-ci il 11 sentyabr hadisələrinin baş verdiyi yerin yaxınlığında məscidin inşasına icazə verən qərarı leqal sınaqlarla üzləşir. Mühafizəkar qrup olan Qanun və Ədalət Naminə Amerika Mərkəzi dünən bu barədə məhkəməyə müraciət edib. Qrup qərarın ləğvinə çalışacaq. Mərkəz bildirir ki, 1850-ci ildə inşa olunan bu tikili tarixi statusuna görə qorunmalıdır. Qrup habelə deyir ki, əvvəllər dünya ticarət mərkəzi yerləşən ərazinin yaxınlığında məscidin tikilməsi məqsədəuyğun deyil. Bir çox amerikalı orada belə bir məscidin tikilməsini 11 sentyabr hadisələri zamanı ölənlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirir.

XS
SM
MD
LG