Azərbaycan müdafiə naziri Zakir Həsənov Xorvatiya və Sloveniyaya rəsmi səfərə gedib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zakir Həsənov Xorvatiya müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniya müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada səfərdə olacaq.
Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.