Accessibility links

Müdafiə nazirliyi bir əsgərin yaralandığını deyir


Hərbi qulluqçuya lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10:30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nəticədə bir nəfər Azərbaycan hərbi qulluqçu, əsgər Quluzadə Yusif yüngül yaralanıb.

Məlumatda deylilir ki, hərbi qulluqçuya lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Eyni zamanda Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə qarşı tərəf susdurulub.

Ermənistan tərəfi hələ ki, bu barədə açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG