Cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus «X-55» tipli pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin aprelin 19-da yeni yayılmış məlumatında deyilir.
Ermənistan tərəfi isə bunu təkzib edir.
Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən həm canlı, həm də texnika sarıdan itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.