Accessibility links

Müdafiə Nazirliyi: Azərbaycan vətəndaşları heç bir dövlətin sərhəddini pozmayıb


Children walk past graffiti on their way to school in central Brussels, Nov. 25, 2015.
Children walk past graffiti on their way to school in central Brussels, Nov. 25, 2015.

Nazirlik bildirirb ki, işğal olunmuş ərazilər Azərbaycan torpaqlarıdır

İyulun 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-lərində yayılan xəbərlərə münasibət bildirib.

"İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz". Bu barədə Amerikanın Səsinə Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, son günlər Ermənistan mediasında Azərbaycanın Ermənistanın nəzarətində olan Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarından ibarət "diverssiya qrupu"nun əsir alındığı barədə məlumatlar dərc edilir.

Azərbaycan Müdafiə Nazirliyi hesab edir ki, Ermənistan tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlətin sərhəddini pozmayıb. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

“Azərbaycan Respublikasına təcavüz etmiş, vətəndaşlarına qarşı divan tutulması siyasəti yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan (Ermənistanın müdafiə naziri-red) yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcək.

Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir”, nazirliyin məlumatında deyilir.

XS
SM
MD
LG