Accessibility links

MTN İrancell İran Azərbaycanında abunəçilərə türkcə xidmət göstərək


MTN müştəri mərkəzi İran Azərbaycanının vilayətlərində türk dilində xidmət təmin edəcək.

Təbrizdə LTE/4G şəbəkə mərkəzinin açılış mərasimində MTN İrancell şirkətinin direktoru Əlirza Qələmbər Dezfuli deyib: “ MTN İrancell abunəçilər xidmət mərkəzi bundan sonra müştəri dəstək mərkəzində Azərbaycan vilayətlərində 24 saat müştərilərin suallarına türkcə cavab verəcək.”

Əlirza Qələmbər bildirib ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Qəzvin və Həmədan vilayətlərində MTN müştərilər mərkəzi abunəçilərə Azərbaycan ləhcəsi ilə cavab verəcək.

İranda türk dilinin işlədilməsinə dair belə bir təşəbbüs ilk dəfə olaraq həyata keçirilir.

İran dövləti Azərbaycan türklərinin istifadə etdiyi dili azəri dili adlandırır, lakin xalq öz dilinə türk dili deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG