Accessibility links

MSK Cəmil Həsənlinin şikayətini əsassız hesab edib


MSK sədri Məzahir Pənahovun mətbuat konfransı
MSK sədri Məzahir Pənahovun mətbuat konfransı
Oktyabrın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında quruma daxil olan müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, toplantıda MSK katibi Arifə Muxtarova bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntuları baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib.

“Lakin həmin şikayətlərin istinad olunduğu müvafiq aktların əsilləri deyil, sürətləri təqdim olunduğundan şikayətin hüquqi baxımdan əsası olmadığı qənaətinə gəlinməlidir. Çünki qanunvericiliyə uyğun olaraq araşdırma aparılması üçün sənədin əsli təqdim olunmalıdır” deyə o,bildirib.


MSK katibi əlavə edib ki, G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və o aktların özünün gətirilməsi istənilib.

Mərkəzi Seçki Komissiyası G. Aslanlının bu müraciətini təmin etməyib.
XS
SM
MD
LG