Accessibility links

“Spotlight” filmi məşhur ifaçıları və maraqlı ssenarisi ilə ilin ən yaxşı filmi seçilib [Video]


"Spotlight" filmi
please wait
Embed

No media source currently available

0:00 0:02:33 0:00

“Spotlight” – “Diqqət mərkəzində” filmi ilin “Ən yaxşı filmi” də daxil edilməklə, altı kateqoriya üzrə Oskar mükafatına nominasiyasına edilib. Filmdə Boston Globe qəzetinin Bostonun Katolik Arxuyepiskopluğu və onun hüdudlarından kənarda kütləvi skandallara səbəb olan uşaqların seksual təcavüzə məruz qalması məsələsini araşdırmasından bəhs edilir.

Boston Globe qəzetinin baş redaktoru Marti Baron rolunu ifa edən Lev Şreyber uşaqları cinsi zorakılıqlara məruz qoyan onlarla Katolik ruhani və bu cinayətləri gizlədən yüksək səviyyəli ruhanilər barədə dəlil toplamaq məqsədilə qəzet işçilərindən ibarət “Spotlight” adlı istintaq qrupu yara

Məlumatlar toplanmağa başlayarkən qrupun qarşısına sirlər divarı çıxır. Qrup üzvləri tədricən Boston Arxiyexarisindəki 70 ruhani pedofilin ən çox da özlərinə zərər verdikləri aşkar edilməyə başladı.

“Spotlight” filmi məşhur ifaçıları və maraqlı ssenarisi ilə ilin ən yaxşı filmi seçilib. Lakin Oskar mükafatına nominasiya edilən ssenari müəllifi Coş Singer filmin gücünün azad jurnalistikanın ən yüksək səviyyədəki korrupsion təsisatın əməllərini ifşa etməsində olduğunu deyir. “Bu, doğrudan da dünyanı dəyişən bir hekayədir. Bu lokal hadisə beynəlxalq hekayəyə çevrildi”.

Oskar mükafatına nominasiya edilən filmin rejissoru Tom Makkartni deyir ki, bu filmdə eləcə də kilsədə baş verən zorakılıqları ictimaiyyətə çatdırmaq istəyən müxbirlərin cəsarətindən danışılır.

“Sonda bu film mənim üçün bir inamdır. İnamlar müxtəlif olur, lakin bu, bizim mübarizə apardığımız inamdır” deyə, rejissor Tom Makkartni bildirir.

XS
SM
MD
LG