ABŞ üsyançılara cavab variantlarını nəzərdən keçirdiyi bir vaxt islamçı yaraqlılar İraqda daha çox əraziləri ələ keçirməkdə davam edir.
Rəsmilər dünən yaraqlıların Diyala vilayətində etnik millətlərin yaşadığı Calavla və Saadiya şəhərlərinə nəzarəti ələ keçirdiyini bildirib.
İraq və Levant İslam Dövləti qrupu artıq İraqın şimalının əksər hissəsini ələ keçirib və paytaxta doğru irəliləməkdədir.
Qrupun üzvləri bu həftə İraqın ikinci ən böyük şəhəri olan Mosulu qısa zaman ərzində ələ keçirib və 90 kilometr Bağdada doğru irəliləyib.
İslamçı dövlət qurmaq istəyən üsyançıların sözçüsü Bağdad və şiə müsəlmanların müqəddəs şəhəri hesab edilən Kərbəlanı ələ keçirəcəklərinə söz verib.
Bu arada, İraqın muxtar şimal kürd bölgəsinin təhlükəsizlik qüvvələri, Peşmerqa döyüşçüləri hava bazası və digər mövqelərdən hökumət qoşunlarının çıxdığını görüb, neftlə zəngin Kərkük şəhərini ələ keçirib.