Məsələdən xəbərdar olan mənbənin bildirdiyinə görə, İsrailin kəşfiyyat agentliyi Mossad cümə gecə saatlarında Avropada Qətərin baş naziri ilə görüşüb və bununla da, diqqət Qəzzada mümkün yeni atəşkəsə və məhbus və girov mübadiləsinə yönəlib.
İsrail şənbə günü Qəzza boyu hədəfləri bombalayıb, ancaq Misir təhlükəsizlik xidmətindən iki mənbə bildirib ki, İsrail rəsmiləri indi atəşkəs və fələstinli əsirlərin HƏMAS-ın saxladığı israilli girovlarla dəyişdirilməsi istiqamətində işləməyə daha həvəsli görünürlər.
Belə görünür ki, David Barnea və Baş Nazir Məhəmməd bin Əbdülrəhman Əl Tani yeddi günlük atəşkəs noybarın sonunda pozulandan bəri vasitəçi kimi fəaliyyət göstərən Qətərlə İsrailin yüksək səviyyəli rəsmiləri arasında baş tutub.
Mümkün bir irəliləyişin başqa bir əlaməti olaraq, İsrail mediası baş nazir Benyamin Netanyahunun şənbə günü axşam təhlükəsizlik kabinetini toplayacağını və televiziya ilə çıxış edəcəyini bildirib. Netanyahunun ofisi bunu dərhal təsdiqləməyib.
Son iki həftə, Qəzzada saxlanılan onlarla israilli girovun İsraildəki fələstinli məhbuslar müqabilində azad edilməsinə imkan verən atəşkəsin pozulmasından sonra döyüşlər şiddətlənib.
Forum