Ruslar türkləri Suriyanın şimalındakə əməliyyatları mümkün qədər dar çərçivədə saxlamağa çağıraraq Türkiyənin Suriya hökumət qüvələri ilə toqquşmasına zidd olduqlarını vurğulayırlar. Bu arada Suriya prezidenti Bəşar əl-Əsədə sadiq qüvvələr Türkiyə ilə sərhəddə kürdlərin məskunlaşdığı ərazilərə nəzarəti ələ keçirməyə can atırlar.
Kremlin Suriyadakı elçisi Türkiyə ilə bağlı tonu sərtləşdirərək ilk dəfə olaraq "qəbuledilməz" ifadəsini dilə gətirib.
Biz Türkiyə qoşunlarının Suriya ərazisində daimi qalmasının əleyhinəyik. Biz onların hərəkətlərini təqdir etmirik.
Bundan öncə Kreml Ankaranın addımına müsbət yanaşdığını bildirərək Türkiyənin sərhədyanı regionda legitim təhlükəsizlik maraqlarına sahib olduğunu demişdi.
Eyni zamanda Rusiya rəsmiləri “qırmızı xətt “ olaraq Türkiyə qoşunlarının Suriyada daimi qalmasını istisna ediblər.
“Biz Türkiyə qoşunlarının Suriya ərazisində daimi qalmasının əleyhinəyik. Biz onların hərəkətlərini təqdir etmirik.”
Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bu açıqlamanı Putinin Əbu Dabiyə rəsmi səfəri zamanı jurnalistlərə verib.
Onun bu şərhi Türkiyənin Prezident Donald Trampın qoşunlarını gözlənilmədən geri çəkilməsindən sonra yaratdığı boşluğu doldurduğu və Birləşmiş Ştyatların sanksiyalarla bağlı təhdidlərinə məhəl qoymayaraq Suriyanın şimalına hücumlarını davam etdirdiyi vaxta təsadüf edir.
Ankaranın əməliyyatı ilə bağlı Rusiya ilə Türkiyə arasında əvvəlcədən razılığın olub-olmadığı barədə sualın cavabında Lavrentiyev deyib:
“Xeyr! Biz hər zaman Türkiyəni təmkinli olmağa çağırmışdıq və hər zaman Suriya ərazisindəki nər növ hərbi əməliyyatı qəbuledilməz hesab etmişik."