Accessibility links

İlqar Hacıyev Moskvada qətlə yetirilən Mətin Mehdiyevdən danışır (Audio)


Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlı fəal, 33 yaşlı Mətin Mehdiyev yaşadığı evin giriş qapısında vəhşicəsinə qətlə yetirilib. Ümumrusiya Azərbaycan Konqresi Moskva regiolan bölməsinin sədri İlqar Hacıyev Amerikanın Səsinə Mətin Mehdiyevin qətli barədə danışdı.

Cənab Hacıyev Mətin Mehdiyevin çox alicənab, insanpərvər, vətənpərvər bir gənc olduğunu dedi. O, Mətin Mehdiyevin Rusiya Dumasında deputat yardımçısı vəzifəsində çalışdığını, bundan sonra İslam Mədəniyyət Mərkəzində Xarici Məsələr şöbəsinə başçılıq etdiyini dedi.

İlqar Hacıyev məsələ ilə bağlı cinayət işi qaldırıldığını və Azərbaycan deaspora üzvlərinin etiraz aksiyaları və mitinqlər keçirməklə etirazlarını bildirdiyini, məsələ ilə bağlı Rusiya rəsmiləri ilə görüşdüklərini bildirdi.

XS
SM
MD
LG