Accessibility links

Moskvada qeyri-rus millətlərə qarşı həyata keçirilən zorakılıqlarla bağlı yazıçı Çingiz Hüseynovla söhbət


Moskvada qeyri-rus millətlərə qarşı həyata keçirilən zorakılıqlarla bağlı yazıçı Çingiz Hüseynovla söhbət
Moskvada qeyri-rus millətlərə qarşı həyata keçirilən zorakılıqlarla bağlı yazıçı Çingiz Hüseynovla söhbət

Yazıçı Çingiz Hüseynovla söhbəti Nərminə Cəlalqızı aparıb

Moskvada qeyri-rus millətlərə qarşı həyata keçirilən zorakılılarla bağlı bu şəhərdə yaşayan həmyerlimiz yazışı, Elmlər akedemiyasının həqiqi üzvü Çingiz Hüseynov baş verənlərə münasibətini bildirərkən çoxmillətli Rusiyanın milli siyasətinin olmamasının bu ölkəyə böyük bədbəxtlik gətirdiyini dedi. O, müasir Rusiyada milli münasibətlərin gərgin vəziyyətdə olmasının səbəbinin bu sahəni elmi cəhətdən öyrənilməməsi, bu sahədə siyasətin olmaması, Rusiya hökumətinin bu ölkəni çoxmillətli bir ölkə kimi qəbul etməməsi ilə izah etdi.


Çingiz Hüseynova digər millətlərin nümayəndələri kimi azərbaycanlılara qarşı zorakılıqların qarşısının alınması üçün hökumətlər hansısa tədbirlər görə bilərlərmi sualının cavabının o, küçədə və ya metroda əsasən gənclərdən ibarət rus millətçiləri tərəfindən edilən hücumların qarşısının alınmasının mümkün olmadığını dedi.

Moskavda yaşayan azərbaycanlı, nüfuzlu insanlar və ya ziyalılar bu hərəkətlərin qarşısını almaq üçün hansısa addımlar atırlarmı sualının cavabında isə Çingiz müəllim bu günlər Ümumrusiya –Azərbaycan Konqresinin yığıncağının keçirildiyini və bu yığıncaqda baş verənlərlə bağlı məktub imzalandığını dedi.

Çingiz müəllim bütün baş verənlərin Rusiyanın parçalanmasına gətirib çıxara biləcəyini dedi və hal-hazırda Rusiya iqtidarının təşviş içərisində olduğunu bildirdi. Yazıçı minlərlə millətçinin həbs edildiyini dedi. O, Sovet İtiifaqı dağılandan bəri parçalanmaların davam etdiyini, “Rusiya ruslar üçün” deyənlərin bu prosesi sürətləndirdiklərini və belə insanların Rusiyanın qatı düşmənləri olduğunu dedi. Yazıçı milli münasibətlərin nəzəriyyəsi və praktikası sahəsində geniş elmi işlər aparılmalı olduğunu bildirdi.

XS
SM
MD
LG