Aprelin 22-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Bu barədə Amerikanın Səsi radiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, qarşıdakı aylarda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq.
Sonuncu dəfə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli formatda görüşü martın 5-də Soçidə keçirilib. Bu görüşün nəticəsində tərəflərin hər biri bir əsiri azad edib.