Yanvarın 24-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Amerikanın Səsi radiosuna bildirib.
Onun sözlərinə görə, bu xarici işlər nazirlərinin işgüzar görüşlərinin davamıdır. “Nazirlər işgüzar şəraitdə münaqişənin həlli istiqamətində səyləri davam etdirəcək,” deyə o, qeyd edib.
Bu, 2011-ci ildə xarici işlər nazirlərinin ilk görüşüdür. Maraqlıdır ki, görüş münaqişənin həllində vasitəçilik missiiyasını yerinə yetirən ATƏT
Minsk qrupunun həmsədrlərinin iştirakı olmadan keçirilir.
2010-cu il ərzində Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını daha da aktivləşdirib. Rusiya prezidentinin vasitəçiliyi ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üç görüşü keçirilib. Eyni zamanda 2010-cu ildə üçtərəfli formatda nazirlər səviyyəsində yeddi görüş olub. Nazirlərin ötən ilin sonuncu görüşləri dekabrda ATƏT-in Astana Sammiti zamanı və sonra Moskvada keçirilib.