Accessibility links

Moskva səhiyyə departamenti təcili olaraq maskalar üçün 200 milyon rubl xərcləyib


Rusiya hökuməti epidemiyalar zamanı lazım ola biləcək tibbi ləvazimatların, o cümlədən maskalar, respiratorlar, rezin əlcəklər və vəba əleyhinə xüsusi geyimlərin ölkədən çıxarılmasına qadağa qoyub. Qadağa 1 iyun 2020-ci il tarixinədək qüvvədədir.

Müvafiq sərəncam Nazirlər Kabinetin saytında dərc olunub. Sənəddə bildirilir ki, koronavirusun yayıldığı halda çatışmazlığın qarşısını almaq üçün belə bir tədbir görülüb. Qadağa yalnız sənaye partiyalarının ixracına aiddir, siyahıdakı birdəfəlik istifadə üçün nəzərdə tutulan ləvazimatlar fərdi istifadə üçün ölkədən çıxarıla bilər.

Eyni zamanda, Moskva Səhiyyə İdarəsinin Dərman Təminatı Mərkəzi KİT MMC (İnnovativ Texnologiyalar Şirkəti) ilə 200 milyon rubl (təxminən 3 milyon ABŞ dolları) dəyərində tibbi maskaların alınması üçün müqavilə imzalayıb. Müqavilə ilə bağlı məlumatı MBX Media dövlət satınalma portalında aşkarlayıb.

Səhiyyə İdarəsi 28 fevral tarixində bu sifarişi edib. Sənədlərə görə, mayın 31-dək KİT on səkkiz növ maska tədarük etməlidir.

Rusiyada bu günə kimi COVID-19 koronavirusa altı yoluxma halı qeydə alınıb. Tümen bölgəsində və Trans-Baykal ərazisində iki Çin vətəndaşında virus aşkarlansa da onlar artıq xəstəxanadan buraxılıb. Bundan başqa, virusa yoluxma halı Sakit okeandakı Diamond Princess kruiz gəmisində olan üç Rusiya vətəndaşında da qeydə alınmışdı. BƏƏ-də isə daha iki rusiyalı virusa yoluxub.

Koronavirusun yayılmasının qarşısını almaq üçün Rusiya Çin vətəndaşları üçün ölkəyə girişi müvəqqəti bağlayıb. Rusiya ilə Çin arasında sərnişin dəmir yolu və çarter reysləri də dayandırılıb.

XS
SM
MD
LG