Accessibility links

Moskva məhkəməsi casusluqda ittiham edilən amerikalının həbs müddətini uzadıb


Moskva məhkəməsi casusluq ittihamı ilə nəzarət altına alınan amerikalının həbs müddətini uzadıb.

ABŞ-ın keçmiş dəniz piyadası Pol Uilan dekabr ayında Moskva mehmanxanasında həbs edilib. Şayiələrə görə, o, Amerikada həbsdə olan ruslardan biri ilə mübadilə edilməli idi.

Uilanın vəkili müştərisinə gizli məlumat olan yaddaş kartı verildiyini və onun bu haqda məlumatı olmadığını deyib.

Rəsmi ittihamlar irəli sürülməsə də Uilanı 20 ilədək həbs cəzası gözləyə bilər.

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatlar Pol Uilanın dərhal azad edilməsini tələb edir və onun həbsinin səbəbləri ilə bağlı izahat almaq istəyir.

Pompeonun Pol Uilanın azad edilməsinə dair çağırışından sonra Rusiya casusluq ittihamı ilə nəzarət altına alınan keçmiş dəniz piyadası ilə konsulluq vasitəsi ilə görüşə icazə verib.

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanılan ABŞ vətəndaşının ailəsi bildirir ki, o, günahsızdır və Moskvaya toyda iştirak etmək üçün getmişdi.

XS
SM
MD
LG