Accessibility links

Məhəmməd Mursi Səudiyyə Ərəbistanı kralı Abdulla ilə görüşüb


Misir prezidenti Məhəmməd Mursi keçən ay vəzifəsinin icrasına başladığı vaxtdan ilk səfərini Səudiyyə Ərəbistanına edib.

Misir rəsmiləri Məhəmməd Mursinin paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanı kralı Abdulla ilə görüşdüyünü bildiriblər.

Dövlət başçıları görüş zamanı ticarət və investisiyalar məsələlərini müzakirə edib.

Məhəmməd Mursi habelə müsəlmanların müqəddəs ziyarətgahı olan Məkkəyə səfər edib.

Məhəmmə Mursi Müsəlman Qardaşları təşkilatının Azadlıq və Ədalət partiyasının platformasından seçilib. Cənab Mursi misirlilərin hamısını təmsil etdiyini nümayiş etdirmək üçün prezident seçildikdən sonra partiyadan istefa verib. Onun qələbəsi Misirdə hərbi rəhbərliyin on illərdir hakimiyyətdə nüfuzunu sarsıtmışdır.

Məhəmməd Mursi Səudiyyə Ərəbistanındadır
please wait

No media source currently available

0:00 0:00:31 0:00
XS
SM
MD
LG