Accessibility links

Mərakeşdə basırıq


Mərakeş kəndlərinin birində ərzaq yardımı paylanarkən yaranan basırıq nəticəsində 15 adam ölüb. Daxili İşlər Nazirliyinin bəyanatında 5 nəfərin xəsarət aldığı bildirilir.

Kral VI Məhəmməd hadisə qurbanlarının ailələrinə lazımi yardım göstərilməsinə göstəriş verib.

Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, xəstəxana, dəfn və ailələrə yardım birbaşa kral tərəfindən ödəniləcək.

Yerli media və veb səhifələrinin məlumatına görə, insanlara 16 dollar məbləğində ərzaq paylanırdı.

Ərzaq paylanması Şimali Afrikanın bu ölkəsinin uçqar bölgələrində adi haldır. Özəl sponsoplar və ölkə rəsmiləri vaxtaşırı belə yardımlar təşkil edir.

Mərakeşdə həftədə bir dəfə açılan bazarlar izdihamlı olur. İnsanlar buraya alış-veriş və ya yardım almaq üçün toplaşır.

Mərakeşdə son zamanlar baş verən quraqlıq səbəbi ilə ən adi ərzaq malları qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

XS
SM
MD
LG