Somalinin paytaxtı Moqadişuda hökumət qüvvələri ilə yaraqlılar arasında döyüş zamanı 10 nəfər həlak olub, 30 adam yaralanıb. Yaraqlılar Somaliyə göndirilən ərzaq yardımının paylanmasına mane olmağa çalışır.
BMT-nin Ərzaq Proqramı son 60 ildə dəhşətli quraqlıqla üzləşən Somaliyə 14 ton ərzaq yardımı göndərib. Əl-Qaidə ilə əlaqəsi olan, ölkəni islam dövlətinə çevirməyə çalışan və Somalinin əksər hissəsini nəzarətində saxlayan Əl-Şahab qrupu yardımlara qadağa qoyub. BMT-nin təxminlərinə görə, 11 milyon insan aclıqla üzləşib.