Accessibility links

Somalidə silahlı şəxslər jurnalisti qətlə yetirib


Somalidə silahlı şəxslər paytaxt Moqadişuda müstəqil xəbər redaksiyasında çalışan müxbiri atəş açaraq öldürüb.

Shabelle Mətbuat Şəbəkəsi deyib ki, yayım şirkətində çalışan jurnalist Abdihared Osman Adan bu gün səhər işə gedərkən bir neçə dəfə güllə ilə vurulub.

O, Afrikada mətbuat üzvləri üçün ən təhlükəli ölkə hesab edilən Somalidə 2013-cü ildə öldürülən ilk müxbirdir. Ötən il ölkədə təxminən 20 müxbir öldürülüb.

Ötən illərdə bir neçə müxbirin öldürüldüyü Shabelle Mətbuat Şəbəkəsinin nümayəndələri Adanın istedadlı jurnalist və nümunəvi həmkar olduğunu deyib.

Şəbəkə rəsmiləri müxbirlərin azad fəaliyyət göstərə biləcək daha təhlükəsiz şəraitdə işləməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG