Accessibility links

Ay "qana" boyanıb


Bu gün dünyada bir çox insan Ayı narıncı rəngdə görüb. Bu, Yer kürəsinin kölgəsinin Ayın üzərinə düşməsi səbəbindən olub. Ayın tutulması, yəni Ayın Yer kürəsinin kölgəsinə doğru hərəkəti keçən gecə Qrinviç vaxtilə saat 2-dən başlayaraq üç saatdan çox davam edib. Bu zaman Ayı narıncı və ya qırmızı/qəhvəyi rənglərdə görmək mümkün olub.

Yerli havadan asılı olaraq ABŞ-ın bir çox guşələrində sakinlər narıncı Ayı seyr edə biliblər.

Birləşmiş Ştatların Florida ştatından Kaliforniya ştatına qədərki bölgədə insanlar bu hadisəni müşahidə edə biliblər. "Qanlı Ay" adlanan bu görüntüləri kütləvi informasiya və İnternetdə da görmək mümkün olub.

XS
SM
MD
LG