Accessibility links

Kabil Molla Ömərin Əfqanıstanda öldüyünü inkar edir


Əfqanıstan rəsmiləri Talibanın təsisiçisi Molla Məhəmməd Ömərin həyatının son illərini Pakistanda deyil, Əfqanıstnda keçirdiyini iddia edən araşdırma hesabatını rədd edib.

Vaşiqnton və Əfqanıstan illərlə Ömərin Pakistanda sığınacaq tapdığına inanıb.

“Məlumat ABŞ və demək olar ki, hamının inandığının yalan olduğunu göstərir” - deyə, hesabatı nəşr edən Zomia Mərkəzi bildirib.

“2001-ci ildən sonra Molla Ömər Əfqanıstana qədəm basmayıb. Əksinə, 8 il vətənindəki ABŞ hərbi bazasından bir neçə kilometrlik məsafədə yaşayıb” , hesabatda deyilir.

Əfqanıstanın prezident aparatı 2015-ci ilin uyul ayında Molla Ömərin uzunmüddətli xəstəlikdən sonra Pakistanın Kəraçi şəhər xəstəxanasında vafət etdiyini yayan ilk qurum olub.

Bu xəbər daha sonra Taliban tərəfindən təsdiq edilib və bildirilib ki, Ömər Əfqanıstanda dünyasını dəyişib.

ABŞ-ın araşdırmaçı qrupunun hesabatında Ömərin Pakistana getməkdən imtina etdiyi bildirilir. Belə ki, o, Pakistana etibar etmirdi.

Taliban sözçüsü Zabihulla Mücahid hesabatda deyilənlərin həqiqətə uyğun olduğunu deyib.

XS
SM
MD
LG