Accessibility links

Məhəmməd Yusifi Sadat Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib


Evin Prison (Image: FARS)
Evin Prison (Image: FARS)

İran Azərbaycanının Ərdəbil şəhərinin sakini olan Məhammad Yusifi Sadat fevralın 20-də polis bölməsinə çağırıldıqdan sonra Ərdəbil təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin həbsxanasına köçürülüb.

Bu barədə Günaz TV saytı və HRA xəbər agentliyi məlumat yayıb.

Yayımlanan xəbərə görə, Yusifi Sadat Ərdəbil polis bölməsinə getdikdən sonra həbs edilərək Evin həbsxanasına köçürülüb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi həbs edilən şəxsə yaxın mənbəyə istinadən bildirib ki, təhlükəsizlik qüvvələri onun evinə daxil olub və evdə reyd keçirdikdən sonra ailə üzvlərinə Məhəmməd Yusifi Sadatın polis bölməsinə gəlməsini istəyiblər.

Təhlükəsizlik qüvvələrinin Yusifi sadatın evində reyd keçirməsindən sonra, o, polis bölməsinə gedib. Yusifi Sadat polis bölməsində hazır olduqdan sonra həbs edilərək Tehrandakı Evin həbsxanasına köçürülüb.

O, Evin həbsxanasına köçürülməsi barədə bir gün sonra 21 fevralda ailəsi ilə telefon əlaqəsi saxlayıb məlumat verib.

Ərdəbil sakini olan vətəndaşın həbs edilməsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.

XS
SM
MD
LG