ABŞ maliyyə naziri Stiven Mnuçin bazar ertəsi Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə raket sistemini alması ilə əlaqədar Tramp administrasiyasının sanksiyalar tətbiq edilməsini nəzərdən keçirdiyini, lakin hələ qərar verilmədiyini bildirib.
Ağ Evdən kənarda jurnalistlərlə verdiyi şərh zamanı Mnuçindən Maliyyə Nazirliyinin bu sanksiyaları nəzərdən keçirib-keçirmədiyi barədə suala cavabda o deyib:
Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sistemi F-35-lərə hədə törədir.
"Buna baxırıq. Hər hansı bir qərara münasibət bildirməyəcəyəm, amma baxırıq."
Mnuşin hələlik heç bir potensial hədəf göstərməyib.
Mnuçinin şərhlərindən sonra Türkiyənin dollarla təyin edilmiş müstəqil istiqrazlarının qiyməti düşüb.
Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemi alandan bəri Ankara ilə Vaşinqton arasında mübahisə davam edir. Belə ki, Birləşmiş Ştatlar bunun NATO-nun müdafiə qaydalarına uyğun gəlmədiyini və Qərb alyansın standard hərbi təyyarəsi olacaq Lockheed Martin istehsallı F-35 qırıcı təyyarəsinə hədə olduğunu deyir.