Accessibility links

Məktəblərdə hicaba qadağaya etiraz edənlərin məhkəməsi başlanıb


Məktəblərdə hicaba qadağaya etiraz edənlərin məhkəməsi başlanıb
Məktəblərdə hicaba qadağaya etiraz edənlərin məhkəməsi başlanıb

Müttəhimlər Əlvan Hüseynov, Rövşən Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) maddəsilə təqsirli bilinir.

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə mayın 6-da Təhsil Nazirliyinin qarşısında hicaba qadağaya etirazla bağlı keçirilən aksiya iştirakçılarından 5-nin məhkəmə baxışı başlayıb. Aksiya iştirakçıları məktəblərdə hicaba qadağa qoyulmasına etiraz edib.

Müttəhimlər Əlvan Hüseynov, Rövşən Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) maddəsilə təqsirli bilinir.

Vəkil Anar Qasımov qeyd edib ki, bu günki məhkəmə baxışında zərərçəkmiş polislər məhkəmə zalında olub. Hər İki zərərçəkmiş polisdə silahlı və gözyaşardıcı qaz olub. Cənab Qasımov məhkəmədən təhlükəsizlik baxımından onların zaldan çıxarılması barədə vəsatət verib. Hakim vəsatəti təmin edib. Bundan əlavə, vəkil medianın iştirakı, videoçəkilişlərin aparılması barədə vəsatət qaldırıb. Hakim vəsatəti qismən təmin edərək, yalnız bir media işçisinə qısa videoçəkiliş aparmağa imkan verib. Həmçinin vəkil hüquqlarının müdafiə etdiyi şəxslərin konkret kimə zərər yetirdiyinə aydınlıq gətirilməsi üçün ittiham tərəfindən açıqlama istəməsi barədə vəsatət qaldırıb. Prokuror bunun üçün vaxt istəyib. Proses sentyabrın 8-də davam edəcək.

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında 150-dək dindar razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Polisin aksiyanı kəskin şəkildə dağıtması bəzi iştirakçıları cavab hərəkətlərinə sövq edib və onlar polislərə daş atıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, aksiya iştirakçıları 4 şəxsi avtomobilə, bir neçə ictimai-iaşə və ticarət obyektinə ziyan vurub. 26 polis işçisi müxtəlif xəsarət alıb. 45 nəfər saxlanılıb. 25 iş məhkəməyə verilib.

XS
SM
MD
LG