Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynanın Milli İslahatlar Şurasının icra komitəsinə rəhbər təyin ediləndən bir gün sonra Reutersə verdiyi müsahibədə Ukrayna prezidenti Volodimir Zelenskiyə "siyasi bataqlığı qurutmağa" və Ukraynanı inkişaf etməyə mane olan "oliqarxların maraqlarından təmizləməyə" yardım edəcəyini vəd etdiyini deyib.
Gürcüstanın iki dəfə prezidenti olmuş Saakaşvili beş il öncə Zelenskinin sələfi Petro Poroşenkonun hakimiyyəti altında Ukrayna siyasətinə daxil olmuşdu.
Onun siyasi səhnyə geri dönməsi həm Kiyev həm Tbilisidə birmənalı qarşılanmayıb. Gürcüstan höküməti etiraz əlaməti olaraq Ukraynadakı səfirini danışıqlar üçün geri çağırıb.
Saakaşvili Zelenski hökümətinə Ukrayna koronavirus pandemiyası səbəilə tənəzzüllə üzləşdiyi bir vaxt qoşulur. Saakaşvilinin sözlərinə görə, bu səbəblə islahatların aparılması daha da zəruridir.
“Ukrayna əhalisi Prezident Zelenskiyə bataqlığı qurutmağa, Ukraynanı keçmiş hakimiyyətlərdən qalan korrupsiyadan təmizləməyə və oliqarxların xüsusi maraqlarına qarşı çıxmaq üçün mandat verib,” o deyib.
52 yaşlı siyasətçinin ilk öncə baş nazirin müavini vəzifəsinə təyin olunacağı elan olunmuşdu, lakin bu addım parlamentdə müqavimətlə üzləşmişdi.
"Prezident Zelenski məni təyin etməklə, qeyri-ənənəvi, cəsur addımlar atmağa meylli olduğunu göstərdi", o söyləyib.
"Mənim namizədliyimin yaratdığı qorxu mənim özümü də, prezident Zelenski də təəccübləndirdi. Bu, sağlam qorxu deyil. Bu, heç bir dəyişiklik istəməyən köhnə lobbiçiləri qorxudur, çünki onlar bilirlər ki, mən təkcə Gürcüstanda dəyişiklik etməyə qadir olmadım, mən həm də Odessada çox məhdud səlahiyyətlərə sahib qubernator ikən xüsusi maraqlara qarşı çıxdım", o əlavə edib.
Saakaşvili uzun zamandır korruspiyalaşmış ədliyyə sistemində əsaslı islahatların aparılmasına, dövlət nəzarətinin azaldılmasına və vergi islahatlarına yardım edəcəyinə söz verib.
"Biz həqiqi dəyişiklik üçün lazım olan dövlət qurumlarını və demokratik çərçivəni yarada bilməmişik. Bunun əvəzinə biz çirkin post-sovet quruluş yaratmışıq ki, bu quruluş bir çox baxımdan Sovet İttifaqından daha pis vəziyyətdədir. Ukrayananı məhv edən də elə bu sistemdir. Ona görə də biz ondan uzaqlaşmalıyıq. Bəs bunu necə edə bilərik? Tamamilə yeni bir sistem qurmaqla", o söyləyib.