Sabiq Sovet İttifaqı prezidenti Mixail Qorbaçov hazırki Rusiya liderlərini hakimiyyəti inhisara almaqda və real demokratiyanın elektoratını oğurlamaqda ittiham edib.
Mixail Qorbaçov baş nazir Vladimir Putin və prezident Dmitri Medvedevi 2012-ci ildə prezidentliyə kimin namizəd olacağını onların birlikdə qərar verəcəyini açıqlamalarını tənqid edib. Sabiq Sovet İttifaqı liderinin sözlərinə görə, bəyanatlar “həddən artıq yexəxanalığ”ın göstəricisidir və bu, seçicilərə hörmətsizlikdir. Cənab Qorbaçov 1985-ci ildən 1991-ci ilədək Sovet İttifaqına rəhbərlik edib.