Accessibility links

Vaşinqton şəhərindən Kara Makkullouq 2017-ci il Amerika Gözəli titulunu qazanıb


Vaşinqton şəhərindən Kara Makkullouq 2017-ci il Amerika Gözəli tituluna layiq görülüb.

ABŞ Nüvə Tənzimləyicisi Komissiyasında çalışan 25 yaşlı Makkullouq bazar günü Las Veqasda, Mandalay Bay Konvensiya Mərkəzində gözəllik tacına layiq görülüb. İndi o Kainat Gözəlik Müsabiqəsinə qoşulacaq.

O uşaqları elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində karyera etməyə həvəsləndirmək istədiyini bildirib.

Ölkənin paytaxtı da daxil olmaqla, hər bir ştatı təmsil edən 51 qadın onillərlə davam edən müsabiqəyə qatılıb.

Makkulouq İtaliyanın Nyapl şəhərində doğulub və Virciniya ştatının Virginia Beach şəhərində boya-başa çatıb.

Ötən il Vaşinqton şəhər sakini Deşauna Barber Amerika Gözəli titulunu qazanan ilk hərbiçi olmuşdur.

XS
SM
MD
LG