Avropa ittifaqı 49 adamın ölümünə səbəb olan E-Koli bakteriyasının mənbəyinin Misirdən gələn toxumlarda olduğu üçün bəzi toxumların idxalına qadağa qoyub. Qadağa bu gün Ərzaq Təhlükəsizliyi Agentliyinin E-Koli bakteriyasının yayılmasına 2009-cu ildə Avropaya idxal edlən toxumlarla bağlı olmasını elan etməsindən sonra tətbiq edilib.Toxum idxalına dair qadağa oktyabr ayının 31-dək davam edəcək. Keçən il Avropaya Misirdən 49 min ton müxtəlif növ toxum gətirilib. Öldürücü bakteriya 16 ölkədə 4 min adamın zəhərlənməsinə səbəb olub.