Accessibility links

Misirdə yeni etirazlar



Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları islamçıların da daxil edildiyi yeni hökumətin təşkilindən sonra ölkədə siyasi keçid prosesinə etiraz edərək yeni kütləvi nümayişlər keçirir.

Paytaxt Qahirənin hökumət binaları qarşısında cənab Mursinin hakimiyyətə qaytarılmasını tələb edən nümayişçilər küçə aksiyalarını davam etdirir.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton müvəqqəti hökumətin baş naziri Hazem El-Bablavi və müvəqqəti prezidenti Ədli Mənsurla görüşmək üçün Misir paytaxtına səfər edib.

ABŞ Dövlət katibinin müavini Vilyam Börnsdən fərqli olaraq, Ketrin Eştonun cənab Mursinin mənsub olduğu Müsəlman Qardaşları təşkilatının yüksək səviyyəli siyasi fiqurları ilə görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG