Accessibility links

Misir müxalifəti hökumətin güzəştlərini qənaətbəxş hesab etmir


Misir müxalifəti hökumətin güzəştlərini qənaətbəxş hesab etmir
Misir müxalifəti hökumətin güzəştlərini qənaətbəxş hesab etmir

Hökumət və müxalifət nümayəndələrinin yenidən nə zaman görüşəcəyi bəlli deyil

Misrin müxalifət qrupları deyir ki, hökumətlə aparılan presendenti olmayan danışıqlar heç bir nəticə verməyib. Belə ki, onların ən əsas tələbi olan Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə dərhal son qoyulması barədə razılıq əldə olunmayıb.

Misrin Müsəlman Qardaşları və başqa müxalif qrupları deyir ki, dünən vitse-prezidenti Ömər Süleyman tərəfindən təklif olunan güzəştlər kifayət olmasa da, bu, dialoq istiqamətində birinci addımdır. Hökumət və müxalifət nümayəndələrinin yenidən nə zaman görüşəcəyi bəlli deyil.

“Fikrimcə president Mübarək inadkarlığından əl çəkməlidir. Sentyabra kimi yox, elə bəlkə bu həftənin sonuna kimi. Çərşənbə axşamı və ya cümə günü xalq milyonların növbəti yürüşünü keçirə bilməyəcək. Düşünürəm ki, bu vaxtadək o gədəcək”-deyə Müsəlman Qardaşlarının sözçüsü İsaam Əl-Aryan bildirib.

Misir hökuməti deyir ki, vitse-prezident Konstitusiya islahatlarının öyrənilməsi üçün məhkəmə işçiləri və siyasətçilərdən ibarət komitənin yaradılacağı barədə razılıq əldə edib. Bu proses daha çox namizədin prezident seçkilərinə qatılmasına şərait yaradacaq. Məlumatda deyilir ki, komitədən mart ayının ilk həftəsinədək araşdırmanı sona çatdırmaq tələb olunur.

Bu arada, minlərlə hökumət əleyhdarı nümayişçi etiraz aksiyalarının 14-cü günü tələblərini dəyişməyərək Qahirə küçələrində yürüş keçiriblər.

XS
SM
MD
LG