Accessibility links

Misirdə təkrar seçkilərdə islamçı namizədlə keçmiş baş nazir arasında rəqabət gedəcək(YENİLƏNİB)


Misirdə ilk azad prezident seçkilərindən sonra səslərin ilkin hesablamalarına əsasən təkrar seçkilərdə Müsəlman Qardaşları partiyasının namizədi ilə ölkənin keçmiş prezidenti Hüsnü Mübarək rejiminə yaxın namizəd arasında rəqabət gedəcək.

İlkin hesablamalar göstərir ki, Müsəlman Qardaşlarının namizədi Məhəmməd Morsi prezidentlik uğraun yarışlarda irəlidə, keçmiş baş nazir Əhməd Şafiq isə ondan sonra ikinci yerdə gedir.

Yyun ayının 16-sı və 17-si keçiriləcək təkrar seçkilərdə Misir xalqı olduqca müxtəlif görüşlərə malik bu iki namizəd arasında seçim edəcək.

Seçki kampaniyası zamanı Morsi çıxışlarında prezidentliyinin teokratiyaya deyil, islama əsaslanacağını demişdir.

Mübarək dövrünün sonuncu baş naziri olmuş Əhməd Şafiq keçən il demokratiya naminə nümayişlərdən sonra hakimiyyətdən getmişdir.

Əhməd Şafiq Misir Hərbi Hava qüvvələrinin keçmiş komandanıdır. Mübarək rejimi ilə əlaqələri onun namizədliyi ilə bağlı şübhələrə səbəb olmuşdur.

Ümumilikdə Misir prezident seçkisinə12 namizəd qoşulmuşdur. Seçkinin nəticələri gələn həftə çərşənbə axşamı günü açıqlanmalıdır.

XS
SM
MD
LG