Accessibility links

Misir prezidenti Suriyanı demokratiyaya keçidə çağırdı


Bu gün Misirin yenicə seçilmiş lideri rəsmi Dəməşqə qarşı artan beynəlxalq təzyiqlərə qoşularaq Suriya prezident Bəşar əl-Əsədin hökumətini zalım adlandırmış və onu hakimiyyəti demokratik sistemə təhvil verməyə çağırmışdır.

Prezident Məhəmməd Mursi Tehranda keçirilən zirvə görüşündə Suriyada tökülən qanlara görə hər kəsin məsuliyyət daşıdığını deyib.

O, bildirib ki, dünya suriyalıları legitimliyini itirmiş rejimə qarşı mübarizədə dəstəkləmək üçün mənəvi məsuliyyət daşıyır və əlavə edib ki, davam edən qətliam yalnız xarici qüvvələrin effektiv müdaxiləsi nəticəsində aradan qalxa bilər.

Müasir baxışlı islamçı kimi tanınan cənab Mursi Suriyadakı münaqişənin region boyu baş qaldırmış xalq hərəkatının təzahürü kimi qiymətləndirib.

Suriya nümayəndə heyəti cənab Mursinin çıxışı zamanı deyilənlərə etiraz əlaməti olaraq zirvə görüşünü tərk edib.
XS
SM
MD
LG