Accessibility links

Məhəmməd Mursinin nəzarətdə saxlanmasına dair hökm çıxarılıb


Misir məhkəməsi prezident Məhəmməd Mursinin Fələstinin Həmas qrupu ilə konspirasiya ittihamı ilə nəzarətdə saxlanmasına dair hökm çıxarıb.

MENA xəbər agentliyinin məlumatına görə, Mursi təhqiqat başa çatanadək 15 sutka həbsdə olacaq. Bundan əvvəl o, ittihamsız nəzarət altında saxlanılırdı.

Müstəntiqlər Mursi və onun onlarla tərəfdarının 2011-ci ildə həbsxanadan qaçmasına Həmasın yardım edib-etmədiyini müəyyən etməlidir.

Mursinin Müsəlman Qardaşları partiyası ona yerli sakinlərin yardım etdiyini bildirib.

Partiyanın sözçüsü məhkəmənin hökmünü qınayaraq, Mübarək erasının bərpa edildiyini deyib.

Bu arada, ölkə boyu Mursinin tərəfdarları və onun opponentləri kütləvi aksiyalar keçirilir. Misirdə zorakılıqların artma təhlükəsi mövcuddur. Son həftələr iğtişaşlar səbəbi ilə onlarla insan həlak olub.

Misir ordusunun komandanı Əbdül Fəttah Əl-Sissi “şərəfli misirliləri” zorakılıq və terrorizmə son qoyulması məqsədi ilə nümayişlərə çağırıb.

Devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları Əl-Sissinin çağırışını özlərinə birbaşa təhlükə kimi qiymətləndirib.
XS
SM
MD
LG