Accessibility links

Misir məhkəməsi jurnalistlərin həbs cəzasını ləğv edib


Misirin Jurnalistlər Sindikatının üzvləri çiyinlərində üzərində "jurnalist azadlığı" yazılmış tabutu daşıyır
Misirin Jurnalistlər Sindikatının üzvləri çiyinlərində üzərində "jurnalist azadlığı" yazılmış tabutu daşıyır

Misirin apellyasiya məhkəməsi rəsmilər tərəfindən axtarışda olan həmkarlarını gizlətmək və saxta xəbərlər yaymaqda günhalandırılan jurnalistlər birliyinin başçısı haqda həbs cəzasını ləğv edib.

Yehiya Qalaş və onun iki həmkarı noyabr ayında iki il həbs cəzasına məhkum olmuşdular. Amnesty International təşkilatı jurnalistlərə qarşı həbs cəzasını qınayaraq, bunun Misirdə söz azadlığının boğulmasının növbəti göstəricisi olduğunu bildirmişdi.

Apellyasiya məhkəməsi Qalaş və jurnalistlər birlyinin daha iki üzvü olan Xalid Əl-Balşi və Camal Abdel Rahimə bir il şərti həbs cəsazı verilməsi haqda qərar çıxarıb.

Prokurorlar Misir rəsmilərinin keçmiş ordu generalı və hazırkı prezident Əbdül Fəttah Əl-Sisiyə qarşı artan müxalif fikri susdurmaq səyləri çərçivəsində onların məhkəmə qarşısına çıxarılmasını keçən ilin may ayında tələb edib.

Onlara qarşı ittihamlar keçən il may ayında Jurnalistlər Sindikatına qarşı polis reydi zamanı orada sığınacaq tapan iki müxalif jurnalistin həbsi ilə bağlıdır.

Jurnalistlər Birliyinin rəsmiləri polisin qurumun 75 illik tarixi ərzində ilk dəfə olaraq binaya hücum etdiyini bildirib. Daxili İşlər nazirliyi bunu inkar edib, lakin polisin jurnalistlər Mahmud El Sakka və Amr Bədri həbs etdiyiyini təsdiq edib.

Hazırda məhkəmə prosesini gözləyən Sakka və Bədr Misir və Səudiyyə Ərəbistanı arasında Qırmızı dənizdə iki adanın Səudiyyə Ərəbistanına verilməsi haqda razılaşmanı tənqid edib. Qahirə məhkəməsi sonradan razılaşmanın qarşısını alaraq, adaların Misirin suveren ərazisi olduğu haqda qərar çıxarıb.

Qalaşın vəkili Şaaban Said şənbə günü çıxarılan qərardan razı olduğunu, lakin Misirin ali məhkəmə instansiyası olan Kassasiya Məhkəməsinə müraciət etməyi planlaşdırdığını bildirib.

Bu ayın əvvəli Jurnalistlər Sindikatında seçkilər zamanı Qalaş və Balşi yenidən seçilə bilməyiblər.

Əbdül Rahim heyətin üzvü olaraq yenidən seçilib.


Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG