Accessibility links

Misirin yüksək rütbəli zabiti koronavirusdan ölüb


Misir ordusu koronavirusa yoluxan yüksək səviyyəli zabitin öldüyünü bildirib.

Hərbçilərin açıqlamasında general-mayor Xalid Şaltutun virusa ordunun ölkə daxilində apardığı sterilizasiyada iştirak edərkən yoluxduğu deyilib.

Ordunun bildirdiyinə görə, koronavirusun yayılmasının qarşısının alınması üçün paytaxt Qahirədə və digər şəhərlərdə dövlət idarələri və bir neçə meydan sterilizasiya və dezinfeksiya edilib.

Ordu sözçüsü Tamer Əl-Refayi şənbə günü sosial mediada xüsusi qoruyucu geyimdə olan hərbçilərin 2011-ci il qiyamının mərkəzi olan Təhrir meydanı və oradakı metro stansiyasının dezinfeksiya etdiklərini göstərən görüntüləri paylaşıb.

Xalid Şaltut bu günə qədər Misirdə koronavirusa 300 yoluxan və 10 nəfər ölən arasında olan ən yüksək səviyyəli rəsmidir.

XS
SM
MD
LG