Misir polisi dekabrın 11-də Qahirənin Qibti Xristian kilsəsində 11 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumu ilə bağlı daha dörd şübhəli şəxsi həbs edib.
Çərşənbə günü həbs olunanlar arasına hücumun baş təşkilatçılarından biri və Daxili İşlər Nazirliyi tərəfindən əlavə terror hücumları planlaşdırdığı bildirilən 3 digər şəxs daxildir.
Dövlət orqanları həbs olunanlardan birinin devrilmiş sabiq prezident Məhəmməd Morsinin mənsub olduğu və fəaliyyəti qadağan edilmiş Müsəlman Qardaşlığı hərəkatı ilə bağlantılarının olduğunu bildirir. Müsəlman Qardaşlığı 2013-cü ildə Morsinin devrilməsi ilə nəticələnən hərbi çevrilişdən bəri hökümət tərəfindən təqib edilir.
Hərəkat kilsəyə hücumu qınayır və bununla heç bir əlaqəsi olmadığını bildirir.
Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb. Dövlət orqanları intiharçı bomba hücumunu həyata keçirən şəxsin kimliyini müəyyən edib.
Dekabr ayında baş verən hücum zamanı yaralananlardan birinin çərşənbə günü xəstəxanada dünyasını dəyişməsi ilə hücum nəticəsinə ölənlərin sayı 27-ə çatıb.