Accessibility links

İŞİD Qahirədə qibti kilsəsində intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb


İŞİD bazar günü Qahirədə qibti Pravoslav kilsəsində 25 nəfərin ölümünə səbəb olan intiharçı hücumuna görə məsuliyyəti üzərinə götürüb.

Televiziya vasitəsi ilə yayımlanan video görüntülərdə şübhəli şəxsin kilsənin darvazasından içəri daxil olduqdan sonra özünü partlatdığı nümayiş etdirilir.

İŞİD həmin şəxsi Əbu Abdulla Əl-Məsri kimi təqdim etsə də, bazar ertəsi Misir prezidenti Əbdel-Fəttah El-Sissi 22 yaşlı hücumçunun əsl adının Mahmud Şərif Məhəmməd Mustafa olduğunu bildirib.

Misir rəsmiləri partlayışla əlaqədar dörd nəfəri həbs edib. Hadisədə əli olan digərlərinin axtarışını davam etdirilir.

Terror qrupu çərşənbə axşamı özünün veb səhifəsində daha da çox hücumlar həyata keçirəcəyi barədə xəbərdarlıq edərək, Mİsir və digər yerlərdə kafirlərə qarşı müharibəni davam etdirəcəyini vəd edib.

Misirdə əhalisinin yalnız 10 faizini təşkil edən qibtilər 2013-cü ildə islamçı prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra xristianlar əleyhinə zorakılıqların əsas hədəfinə çevrilib.

XS
SM
MD
LG