Accessibility links

Müsəlman Qardaşları prezidentə dəstək nümayişinə hazırlaşırlar


Misirin Müsəlman Qardaşları ölkə prezidenti Məhəmməd Mursini dəstəkləmək üçün onun tərəfdarlarını nümayişlərə çağırıb. Prezidentin əleyhdarları Qahirədə, Təhrir meydanında və prezident sarayı önündə qalmaqda davam edir.

İslamçı qruplar bu gün axşam prezidentin sarayı önündə onu dəstəkləmək üçün nümayişlərə çağırıb. Onlar buna səbəb kimi müxalifətin zor gücü ilə öz fikirlərini həyata keçirmək istəmələrini göstəriblər.

Bu arada bəzi müxalifət liderləri cənab Mursi ötən ay bütün səlahiyyətləri özündə saxlamaq barədə qəbul etdiyi qərarını ləğv etməyənədək nümayişlərə davam etməyə çağırıb.

Dünən Misirdə polis prezident sarayının önündə prezident Məhəmməd Mursinin əleyhinə nümayiş keçirənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Polis cənab Mursinin işlədiyi saraya daxil olmaq istəyən kütlənin qarşısını almağa cəhd edib.

Bir az sonra polis kütlənin qarşısını alma səylərini dayandırmalı oldu və kütlə hasardan saraya daxil olmağa müvəffəq olub. Misir rəsmiləri cənab Mursinin nümayişlər zamanı sarayı tərk etməli oduğunu deyib.

Nümayişə rəhbərlik edənlər dünən keçirilən aksiyanınn cənab Mursiyə son xəbərdarlıq olduğunu deyib.
XS
SM
MD
LG