Accessibility links

Mişel Obama Londondadır


ABŞ-ın birinci xanımı Londonda qızların təhsil hüquqları və əsgər ailələrinə dəstək təbliğatı aparır.

Mişel Obama İngiltərə paytaxtına anası Marian Robinson və iki qızı-Saşa və Malianın müşayiəti ilə gedib.

Xanım Obama Londonda yerləşən Malberri qız məktəbini ziyarət edib. Birinci ledini məktəblilər mahnı və rəsqlərlə qarşılayıb.

Daha sonra dəyirmi masa söhbəti zamanı Mişel Obama qızların təhlisinə dair yeni tərəfdaşlıq planını açıqlayıb.

O, bu təşəbbüsün dünyada təhsil hüququndan məhrum edilən 62 milyon qız və qadını nəzərdə tutduğunu deyib.

Mişel Obama səfəri çərçivəsində Britaniya şahzadəsi Harri ilə görüşəcək, baş nazir Devid Kameron və onun xanımı ilə çay ziyafətinə qatılacaq.

ABŞ-ın birinci xanımı Londondan sonra İtaliyaya səfər edib, ABŞ-ın Avropadakı hərbi qüvvələrinin ailələrinə baş çəkəcək.

Onun uşaqların sağlam qidalanmasının təbliği ilə Milanda keçirilən sərgiyə də qatılacağı gözlənilir.

XS
SM
MD
LG