Accessibility links

Mişel Obama Afrika səfərini davam etdirir


ABŞ-ın birinci ledisi Mişel Obama dünya boyu qızların təhsilinə diqqət yönəltmək kampaniyasının bir hissəsi kimi Mərakeşdədir.

İki qızı Malia və Saşa, eləcə də anası Marian Robinsonun müşayiəti ilə xanım Obama Mərakeşə çatan zamanı onu şahzadə Lalla Salma qarşılayıb.

Ailə Mərakeşə Liberiyada bir gün keçirdikdən sonra gedib. Liberiyada o, Sülh Korpusunun sponsorluğu ilə fəaliyyət göstərən qızlar üçün liderlik düşərgəsinə baş çəkib. Mişel Obama habelə prezident Ellen Conson Sirleaflə də görüşüb. Xanım Ellen Afrikada prezident seçilən ilk qadındır.

ABŞ-ın birinci xanımının 6 günlük səfəri "Qızlar Öyrənsin" təşəbbüsünü dünyada yaymaq məqsədi daşıyır. "Qızlar Öyrənsin" prezident Obama və xanımının 2015-ci ildə başlatdığı beynəlxalq təşəbbüsdür. Proqram 62 milyondan çox qızı məktəbdən kənar tutan məcburi evliliklər, yoxsulluq və zorakılıqlar kimi manealərə ünvanlanıb.

Oskar mükafatı laureatı Meril Stripin də bu gün və sabah xanım Obamaya qoşulacağı gözlənilir.

XS
SM
MD
LG