Accessibility links

Mişel Obama "qızların təhsilinin inkişafı" üçün Afrikaya səfər edəcək


ABŞ-ın birinci xanımı Mişel Obama "Qızları üçün təhsil" kampaniyası çərçivəsində bu gün Afrika və Avropaya səfərə yola düşür.

Liberiya və Mərakeşdən başlayaraq İspaniyada başa çatacaq 6 günlük səfər Obamanın əsas təşəbbüslərindən olan "İcazə verin qızlar öyrənsin" kampaniyasını əhatə edəcək. Birinci xanımı səfəri zamanı qızları Saşa və Malia, eləcə də nənələri Marian Robinson da müşayiət edəcək.

"İcazə verin qızlar öyrənsin" prezident Obama və xanımının 2015-ci ildə başlatdığı beynəlxalq təşəbbüsdür. Proqram 62 milyondan çox qızı məktəbdən kənar tutan məcburi evliliklər, yoxsulluq və zorakılıqlar kimi manealərə ünvanlanıb.

"Biz inanırıq ki, xüxusilə problemlərlə üzləşən regionlarda təhsil və gənclərin inkişafı ilə mühüm nailiyyətlər əldə etmək olar." - deyə Ağ Evin milli təlükəsizlik üzrə müşavirinin müavini Ben Rodes bildirib.

Birinci xanım səfərinin ilk dayanacağı olan Liberiyada Afrikada ilk prezident seçilən qadın Ellen Conson Sirleafla görüş keçirəcək.

Daha sonra xanım Obama Liberiyanın Kakaya şəhərində Sülh Korpusunun təlim mərkəzinə baş çəkərək Dünyamızı idarə edən qızlar proqramında iştirak edən qadınlarla söhbətləşəcək.

XS
SM
MD
LG